haqqında
Şamilova Günay Zilimxan qızı 31 may 1994-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Bakalavr təhsilini 2012-2016-ci illər arasında “ Dünya iqtisadiyyatı “ ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində almışdır. Daha sonra tam ali təhsil üçün Azərbaycan Dövlət İqtisad Universitetində “ Beynəlxalq İqtisadi Münasibətlər “ ixtisası üzrə (tədris ingilis dilində) magistr təhsili almışdır.
• 2019-2020 tarix aralığında İqtisasi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində könüllü fəaliyyət göstərmişdir
• 2020-ci ildə Dövlət qulluğu Vəzifəsi A (A1-106 bal) və B (B1-84 bal) təsnifatı üzrə yüksək nəticələr toplamış və sertifikat əldə etmişdir.
• İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə Magistrantların Elmi Konfransında “ The role of international trade on macroeconomic indicators of countries“ mövzu başlığı ilə iştirak etmiş və sertifikat əldə etmişdir.
• 2021-ci il tarixindən özəl müəssisədə mühasib vəzifəsində çalışmaqdadır.
sertifikat