HAQQINDA
Seyidov Fərid Asif oğlu 22 sentyabr 1988-ci ildə Azərbaycan Respublikasının Saatlı rayonunda anadan olmuşdur. 2005-2009-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin Gömrük İşinin təşkili fakültəsində təhsil almışdır. 2010-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, MBA, Menecment ixtisası üzrə magistr təhsili almışdır. 2011-2013-cü illərdə “SƏBA KREDİT” BOKT MMC-nin Kredit mütəxəssisi, 2013-2019-cu illərdə “SƏBA KREDİT” BOKT MMC-nin Saatlı filialının müdiri, 2019-2020-ci illərdə “ ASEL KREDİT” BOKT MMC-nin Daxili Audit Departamentinin rəhbəri vəzifəsində çalışmışdır.
Hal-hazırda “ASEL KREDİT” BOKT MMC-nin Mərkəzi Aran Zonasının rəhbəri və “TS MOTORS” MMC-nin Region üzrə rəhbəri vəzifəsində çalışır.