ELŞAD AĞAHƏSƏNOV

244598535_4516057178437064_3655924841587933266_n

DİREKTOR

       Elşad Ağahəsənov Məhəbbət oğlu 13 mart 1989-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2006-cı ildə  Naxçıvan Universiteti  “Maliyyə və Kredit” ixtisasına daxil olduğu ildən etibarən,  maliyyə sahəsində əvvəlcə təcrübəçi kimi, sonra isə mühasib vəzifəsində çalışmışdır. 19 yaşında ikən “Bərəkət Qida Məhsulları” kompleks istehsalat müəssissəsinin “aparıcı mühasibi”, “Mülki Müdafiə Qərargah Rəisi” və “İSO Keyfiyyət İdarəetmə Sisteminin müdir müavini” vəzifələrini icra etmişdir.

ÇALIŞDIĞI MÜƏSSİSƏLƏR

2012-ci ildən isə “Gəmiqaya Holding” şirkətlər qrupunun “ÜST YAPI” bölməsində mühasib vəzifəsini icra etmişdir. 2013-ci ildə avtomobillərin təmiri və satışı müəssissəsi olan “CAHAN MOTORS” MMC-də “Baş mühasib” vəzifəsinə dəvət alaraq həmin müəssissənin “idarəetmə mexanizmi”, “mühasibat uçotu” və “maliyyə uçotunu” quraraq ilk ayda yüksək mənfəətə çıxarmışdır.

2015-ci ildə Naxçıvan MR “İqtisadiyyat Nazirliyi”-nin nəzdində “Texniki İnventarlaşdırma İdarəsi”-nin baş mühasibi vəzifəsində çalışmağa başlamışdır. 6 ay sonra Nazirliyin  yaradılmaqda olan “Naxçıvan Məhsulları” MMC-nin bütün “İdarəetmə uçotunun”, “Mühasibat Uçotunun” və “Maliyyə Uçotunun” yaradılmasını və idarə edilməsini Elşad Ağahəsənova tapşırır və beləliklə,  iki müəssissənin baş mühasibi vəzifəsini layiqincə yerinə yetirməyə başlayır. 2017-ci il oktyabr ayından etibarən Bakı şəhərində fəaliyyətə başlayır.

FƏALİYYƏT SAHƏLƏRİ

        Bu illər ərzində  bir sıra  istehsalat, ticarət və xidmət müəssissəsələrinin maliyyə, mühasibatlıq və idarəetmə sistəmlərini sıfırdan “Beynəlxalq İdarə Etmə Uçotu Standartları” (IMAS), “Beynəlxalq Mühasibat Uçotu Standartları” (IAS) və “Beynəlxalq Maliyyə Hesabatları Standartları” (IFRS) əsasında quraraq  qısa zamanda təhvil vermişdir. Bununla bərabər, bir çox müəssisə və təşkilatlara korporativ təlimlər vermiş və qısa zamanda yüksək nəticələr əldə etmişdir. 

BİZİMLƏ ƏLAQƏ SAXLA!!

Xidmətlərimizlə tanış olmaq üçün növbəti bölməyə daxil olun