FAMİL RƏHMƏTOV
MALİYYƏ DİREKTORU
Famil Rəhmətov Səfail oğlu 7 iyun 1991 -ci ildə Azərbaycan Respublikasının Masallı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə GRBS Group of Companies şirkətində başlamışdır. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Maliyyə və uçot şöbəsində aparıcı məsləhətçi, “Kayi Group” MMC-də aparıcı mühasib, AZFA MMC-də təlimçi-ekspert vəzifələrində çalışmışdır. Hazırda ” ACCFIN GROUP ” Maliyyə və Mühasibatlıq bürosunun həm təsisçisi və baş mühasibidir. Eyni zamanda “ACCFIN SOFT” MMC-nin həm təsisçisi və direktorudur. 9 illik maliyyə-mühasibatlıq və 8 illik təlimçi təcrübəsinə malikdir.
İstehsal, xidmət və ticarət müəssisələrində uçotun bərpası, yenidən təşkili, idarəetmə modellərinin qurulması, mühasibatlıq kargüzarlığının aparılması, vergi hesabatlarının hazırlanması, maliyyə təhlili və analitikası üzrə geniş nəzəri və praktiki biliklərə malikdir. Eyni zamanda büdcə planlaşdırılması, uçotun qurulması, 1c proqramının analizi və auditi, maliyyə hesabatlarının təhlili üzrə fərdi konsultant olaraq fəaliyyət göstərir. Təlimçi kimi milli mühasibatlıq, büdcə təşkilatlarında mühasibat uçotunun təşkili, vergi uçotu, 1c 8.3, Excel kimi fənləri tədris edir.
BİZİMLƏ ƏLAQƏ SAXLA!!