OĞUZ ABIŞLI
Mühasib köməkçisi
Abışlı Oğuz Vaqif oğlu 28 fevral 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2017-2022-ci illərdə Bakı Mühəndislik Universitetində bakalavr təhsili almış, iqtisadiyyat və idarəetmə fakültəsini bitirmişdir. 2020-ci ildə “Honours Academy”-nin təşkil etdiyi 3 aylıq “Financial Accounting” təlimində iştirak etmiş və həmin ildə ACCA-in F3 imtahanından 70% nəticə göstərmişdir. 2020-2021-ci illərdə “ACCFIN GROUP” MMC-nin direktoru Elşad Ağahəsənovun keçirdiyi 5 aylıq Peşəkar Mühasib təlimində uğurla iştirak etmişdir. 2021-ci ilin birinci yarısı “ACCFIN GROUP” MMC-də mühasib köməkçisi, 2021-2022-ci illərdə isə “Vest Produkt Marketinq” MMC-də istehsal üzrə mühasib vəzifəsində çalışmışdır. 2022-ci ilin dekabr ayından etibarən “ACCFIN GROUP” MMC-də istehsal üzrə mühasib vəzifəsində çalışır.
BİZİMLƏ ƏLAQƏ SAXLA!!