HAQQINDA
Abdullayev Faiq Qulam oğlu 3 sentyabr 1985- ci ildə Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 2002-2006 – cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi fakültəsində təhsil almışdır.
12 may 2008-ci ildə bank sahəsində əvvəl mühasib əməliyyatçı, 01.10.2009-cu ildən aparıcı mütəxəssis, 01.02.2010-tarixindən 01.10.2014 tarixinədək İnvestisiya şöbəsinin meneceri vəzifəsində çalışmışdır. 02.02.2015-ci ildən “Gəmiqaya Taxıl Məhsulları” MMC-də Maliyyə və Mühasibatlıq Şöbəsinin müdiri, Baş mühasib vəzifəsində çalışır. Həmçinin Naxçıvan Dövlət Universtetində Mühasibatlıq üzrə təlimçi müəllim kimi fəaliyyət göstərir. 2020-ci ildə Naxçıvan Dövlət Universitetində magistr pilləsi üzrə Dövlət Qulluğunun təşkili və idarə olunması fakültəsinə daxil olmuşdur.