Torpaq vergisi bir mənalı olaraq yerli əmlak vergilərinə aid edilir.
Digər əmlak vergilərindən fərqli olaraq bu verginin dərəcəsi bütün vergi ödəyiciləri (fiziki və hüquqi şəxslər) üçün eynidir .
Torpaq vergisi torpaq mülkiyyətçilərinin təsərrüfat fəaliyyətinin maliyyə nəticələrindən asılı olmayaraq, hər il torpaq sahəsinə görə sabit tədiyyə şəklində ödənilir. Yəni hər hansı bir fermerin torpaq sahəsində əkdiyi məhsullardan nə qədər məbləğ qazandığından asılı olmadan, torpaq sahəsinə görə ödənilir. Bundan əlavə, torpaq vergisi vergi ödəyicilərindən onların mülkiyyətində və istifadəsində olan torpaq sahələrinə o cümlədən tikinti və qurğuların tutduğu torpaq sahələrinə, habelə tikinti və qurğuların saxlanması üçün zəruri olan torpaq sahələrinə görə tutulur.
Vergi qanunvericiliyinə uyğun olaraq mülkiyyətində torpaq sahəsi olan fiziki və hüquqi şəxslər torpaq sahəsi barədə özlərinin mülkiyyət hüquqlarını təsdiq edən müvafiq sənədləri aldıqdan sonra bir ay ərzində fiziki şəxslər və bələdiyyə mülkiyyətində olan müəssisələr bələdiyyələrdə, digər təsərrüfat subyektləri isə vergi orqanlarında uçota alınmalıdır.
Torpaq vergisinin ödəyiciləri kimlərdir![]()
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə müəyyən dərəcələr tətbiq olunur .