Vergilər məcəlləsi 177.5 -ci maddə

Salam əziz dostlar. Bu gün sizə praktika da az rast gəlinən, lakin olduqca maraqlı olan bir məsələ barəsində yazacağam. Dediyim bu məsələnin həm uçot həm vergi tərəfi olduqca maraqlıdır. E-qaimənin bir sıra növləri vardır ki, bunlardan biri də “Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən” qaimə formasıdır. Gəlin əvvəl bu qaimə formasının nə üçün olduğunu aydınlaşdıraq.
Bildiyimiz kimi hər hansı vergi ödəyicisinin ƏDV qeydiyyatına alınması üçün vergi orqanına ərizə ilə müraciət etməlidir. Vergi məcəlləsinin 157-ci maddəsinə əsasən qeydiyyat könüllü və məcburi ola bilər. Bizə burda maraqlı olan məqam qeydiyyatın hansı tarixdən başlamasıdır. Vergi məcəlləsinin 157.3.3-maddəsinə əsasən vergi ödəyicisi əvvəlki tarixlərə görə də ƏDV qeydiyyatına dura bilər (bu maddə də müəyyən vaxt məhdudiyyəti vardır ki, həmin maddəni oxumağınızı tövsiyyə edirəm).
Misal: deyək ki, A müəssisəsi 06.01.2020-ci il tarixində qərara alır ki, ƏDV qeydiyyatına dursun. Lakin ədv qeydiyyatını əvvəlki tarixdən, yəni 01.01.2020-ci ildən edir. Bu zaman vergi məcəlləsinin 177.5-ci maddəsinə əsasən A müəssisəsi həmin dövr üçün ƏDV hesablamalı və dövlət büdcəsinə ödəməlidir. A şirkəti bu 5 ay ərzində öz müştərilərinə qaimə göndərərkən ƏDV nəzərə almamışdı. Yəni həmin dövrlər üçün A müəssisəsi ƏDV ödəyicisi olmadığı üçün haqlı olaraq ədv-siz satış həyata keçirmiş və müştəri də qaimə məbləğini A müəssisəinə ödəmişdir. Ama qanun isə deyir ki, əgər A müəssisəsi əvvəlki tarixə görə ƏDV qeydiyyatına durursa, həmin dövrlərdə göndərilən bütün qaimələrin ƏDV əlavə olunaraq göndərilməlidir.
Nümünə üçün deyək ki, A müssisəsi 01.03.2020-ci il tarixində B müəssisəsinə 100000 manatlıq qaimə göndərib. Lakin indi isə A müəssisəsi vvəlki tarixə ƏDV qeydiyyatına durduğu üçün 100000 manatın üstünə 18000 manat da ƏDV gəlməlidir. Məhs o vaxtı göndərilən qaimənin yenidən ƏDV daxil etməklə göndərilməsi üçün yeni bir qaimə forması müəyyən olunmuşdur. Deməli A müəssisəsi e-qaimə sisteminə daxil olub, “Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən” qaimə formasından istifadə edərək əvvəlki göndərdiyi qaimləri qarşı tərəfə ƏDV daxil etməklə yenidən göndərə bilər.
Təbii ki, bu zaman qarşıya bir sıra suallar çıxır.
1) A müəssisəsi əvvəlki tarixlər üçün göndərdiyi bu qaimələri hansı ayın bəyannaməsində göstərməlidir.
2) A müəssisəsi o vaxtı göndərdiyi 100.000 manatlıq qaimə üçün ƏDV məbləğini həmin dəyərin üstünə gəlməlidir, yoxsa ƏDV məbləğini ümumi məbləğin içindən çıxarmalıdır.
3) Əgər qarşı tərəf ƏDV-ni əvvəlki məbləğin üzərinə gəldiyi halda əlavə maliyyə yükünü ödəməyə məcburdurmu, yoxsa ödəməyə bilər.
4) Əgər müştəri B müəssisəsi əlavə ƏDV məbləğini dəməyi öhdəsinə götürürsə, ödənilmiş ƏDV məbləği B müəssisəsinə həmin ƏDV-ni əvəzləşmə hüququ verirmi.
5) A müəssisəsi əvvəlki tarixlər üçün satışlarına ƏDV daxil edirsə aldığı alışlara görə ƏDV məbləğlərini əvələşdirmək hüququ varmı.
6) Deyək ki, B müəssisəsi ƏDV ödəməkdən imtina etdiyi hallarda bu ƏDV-ni kim ödəməlidir.
7) Və sonuncu əsas məsələ qarşı tərəf ƏDV-ni ödəməkdən imtina etdiyi halda uçotda bu necə tənzimlənəcək.
Bütün bu suallarla bağlı məqaləmimizin 2-ci hissəsində danışarıq.


Bir cavab yazın

Bu sayt NS Studio tərəfindən hazırlanmışdır.
Sizə necə kömək edə bilərik?