haqqında

   Xəlilov Məşdi İsa oğlu 18 may 1990 – cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. Ali təhsilini “ Jurnalistikaixtisası üzrə Naxçıvan Dövlət Universitetində almışdır. 2012 – ci ildə hərbi xidməti bitirdikdən sonra mühasibatlıq sahəsinə güclü istəyi və marağı olduğundan bu sahə üzrə işləməyi qərara almışdır. Həmin ildə “SOCAR PETROLEUM” QSC-də növbə rəisi vəzifəsində işə başlamışdır. 3 il bu vəzifədə işləyəndən sonra 2016-cı ildə xəzinədar vəzifəsinə layiq görülmüşdür. 3 ildə xəzinədar vəzifəsində işləyəndən sonra 2019-cu ildə mühasib-xəzinədar vəzifəsinə layiq görülmüşdür. İşlədiyi dövr ərzində əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə dəfələrlə mükafata layiq görülmüşdür.

sertifikat