ƏDV məbləğinin ödənişi haqqında

Məcəllənin  58.6-cı maddəsində qeyd olunmuşdur:

 

58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

Vergilər məcəlləsinin adı çəkilən maddəsində ƏDV – nin ödənişi ilə bağlıdır. Bəzən ƏDV ödənişində edilmiş səhvlər təsərüffat subyekləri üçün baha başa gələ bilər.

MİSAL.

“X” MMC həm ölkə ərazisində, həm də ölkə xaricindən malların alışı  ilə məşğuldur. “X” MMC satış məqsədiylə mallar almışdır və bu malların qarşılığında qarşı tərəfə 11800 AZN ödəyir. Alınan malların dəyəri 10000 AZN -dir. Yerdə qalan  1800 AZN isə alınan malın ƏDV – sidir. Bu səbəbdən 1800 AZN qarşı tərəfin ədv-depozit hesabına ödənilir . Lakin ödənilən 1800 AZN əsas məbləğdən 2 gün sonra ödənildiyi üçün “X” MMC – yə 900 AZN (1800*50%-i) məbləğində sanksiya vurulur.



Bir cavab yazın

Bu sayt NS Studio tərəfindən hazırlanmışdır.
Sizə necə kömək edə bilərik?