TƏLİM HAQQINDA
Proqram 4 modul üzərində qurulub:
1-ci modul “İdarəetmə uçotu” – Biznesin idarəolunma modelləri əsasında idarəetmə mexanizmlərinin yaradılması, hüquqi formalar və hesablama standartları tədris olunacaq. Ticarətin, xidmətin və istehsalatın idarə olunma modelləri və onların mahiyyəti ilə yaxından tanış olacaqsınız. İdarəetmə uçotunun əsas prinsipləri və funksiyaların praktiki təhlili və məzmunu izah ediləcək.
2-ci modul “Mühasibat uçotu” –Mühasibat uçotunun prinsipləri, mahiyyəti və məqsədi dərindən öyəridiləcəkdir. Bu modulun tədrisində “Beynəlxalq Maliyyə Hesabatları Standartları”, “Beynəlxalq Mühasibat Uçotu Standartları” və “Mühasibat Uçotunun Beynəlxalq Standartlar Əsasında Aparılma Qaydaları” tam və düzgün şəkildə öz yerini tapacaqdır.
3-cü modul “Vergi qanunvericiliyi və digər normativ aktlar”– Vergilərin forma və növləri, hesablama qaydaları, Vergi və əmək məcəlləsinin əsas maddələrinin izahı.
4-cü modul “Elektron Kargüzarlıq və məcburi ödənişlərin hesabatı” –Hər bir mühasibin təqdim etməli olduğu vergi və sosial ödənişlərlə bağlı hesabatlar həmçinin elektron sənəd dövriyyəsi mütəşəkkil səviyyədə tədris olunacaqdır.