Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir növləri
- 17 Sentyabr 2021
- Posted by: accfin
- Category: Yeniliklər
Gəlirlərin təsnifatında qeyd etdiyimiz kimi fiziki şəxslərin əldə etdikləri gəlir növlərindən biri də onların qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərdir. Fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir növləri və onlara tətbiq edilən vergi dərəcələri aşağıdakı kimidir:
-divident – 10% ;
-rezident və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən (onun adından) ödənilən faizlərə – 10%;
-həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi (onun xeyrinə ödənilən) sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlir – 10% ;
-daşınan (daşınmaz) əmlaka görə icarə haqqı, həmçinin rezident və ya qeyri-rezidentin Azərbaycandakı daimi nümayəndəliyinin ödədiyi royalti – 14% ;
-rezident müəssisənin (sahibkarın) riskin sığortasına (təkrar sığortasına) dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri – 4% ;
-Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və daşımalar həyata keçirərkən bu xidmətlər üçün rezident müəssisənin (sahibkarın) ödəmələri – 6% .
-Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.





